Azərbaycan Tibb Universiteti ilə Rusiyanın tibbi-elmi müəssisələri arasında əlaqələr genişləndirilir. Universitetin rektoru professor Gəray Gəraybəyli ilə Rusiya Səhiyyə Nazirliyinin baş psixiatrı, V.P.Serbski adına Milli Tibbi Tədqiqat Psixiatriya və Narkologiya Mərkəzinin direktoru Svetlana Şport ilə görüşündə müxtəlif sahələr üzrə əməkdaşlıq prespektivləri müzakirə olunub.
Görüşdə Azərbaycan Tibb Universiteti ilə Rusiyanın V Milli Tibbi Tədqiqat Psixiatriya və Narkologiya Mərkəzinin ortaq tədqiqat işləri aparması, birgə elmi seminarların, ustad və onlayn dərslərin təşkili, xüsusilə də psixiatriya elminin tədrisi ilə bağlı təcrübə mübadiləsi məsələləri haqqında fikir mübadiləsi aparılıb. Görüş iştirakçıları tibbi təhsil sahəsində ikitərəfli əməkdaşlığın inkişaf etdirilməsində maraqlı olduqlarını bildiriblər.