Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında İspaniya, Slovakiya, Misir və Qazaxıstandan praktikaya gələn tələbələrlə görüş keçirilib.
ATU-nun beynəlxalq əlaqələr üzrə prorektoru, dosent Orxan İsayev universitetin xarici ali təhsil müəssisələri ilə əməkdaşlığı, müştərək layihələr və mübadilə proqramları barədə ətraflı məlumat verib. Qeyd edib ki, ATU ilə dünyanın bir sıra aparıcı qurumları arasında əməkdaşlığa dair memorandumlar imzalanıb ki, bunun sayəsində həmin ali məktəblərlə uğurlu tələbə mübadiləsinin aparılması mümkün olub. Orxan İsayev qeyd edib ki, bu silsilədən olan əlaqələrdən biri də Həkimlər və Təbib Tələbələr Birliyi (AzərMDS) ilə olan aktiv əməkdaşlıqdır və bu əməkdaşlıq çərçivəsində ötən illərdə olduğu kimi bu ildə SCOPE proqramı yolu ilə müxtəlif ölkələrdən olan əcnəbi tələbələr ATU-nun Tədris Cərrahiyyə Klinikasında yay praktikası keçiblər.
Tədris Cərrahiyyə Klinikanın direktoru, III cərrahi xəstəliklər kafedrasının dosenti Əsədulla Sultanov əcnəbi tələbələrin praktika keçməsi üçün yaradılan şərait haqqında danışıb. Gələcək də onları burda görməkən məmnunluğunu bildirib.
Həkimlər və Təbib Tələbələr Birliyinin prezidenti Murad Yusifli görüşdə mübadilə proqramının məqsədi haqqında məlumat verib: “Proqramın əsas məqsədi beynəlxalq mübadilə vasitəsi ilə tələbələr və tibbi mütəxəssislərin arasında əməkdaşlıqı və mədəni əlaqələri genișləndirməkdi. Bu həmçinin tələbələrə beynəlxalq səhiyyə sistemi oyrənməyə imkan yaradır”. Mübadilə programı sayəsində tələbələr unikal təhsil və mədəni təcrübə qazanırlar. Bunun sayəsində tələbələr digər ölkələrin tibbi və sosial şəraitləri ilə tanış olurlar.
Görüş zamanı praktika keçən əcnəbi tələbələr onlar üçün yaradılan şərait üçün təşəkkürlərini bildiriblər. Qeyd ediblər ki, ATU-nun Tədris Cərrahiyyə Klinikasında praktika müddətində maraqlı təlimlərdə iştirak ediblər, tanınmış həkimlərdən dərs alıblar və modern tibbi mulyajlar üzərində işləyiblər. Əcnəbi tələbələr göstərilən mehriban münasibət üçün ATU rəhbərliyinə və kollektivinə bir daha təşəkkürlərini bildiriblər.
Qeyd edək ki, görüşdə ATU-nun Beynəlxalq əlaqələr şöbəsinin müdiri, dosent Müşfiq Orucov, Rezidentura və Magistratura şöbəsinin müdir müavini, assistent Dr Namiq Xəlilov, İctimaiyyətlə Əlaəqlər şöbəsinin müdiri Günel Aslanova iştirak edirdilər. Görüşün sonunda tələbələrə sertifikatlar təqdim olunub.