Bu günlərdə Şuşa şəhərində Mamalıq və ginekologiyanın aktual problemlərinə həsr olunmuş regional tədbir keçirilib. Respublikamızın müxtəlif bölgələrindən mama-ginekoloq, cərrah-ginekoloq, tələbə və həkim-rezidentlərin iştirak etdiyi konfransda bu sahəyə dair məsələlər müzakirə olunub.
Həkimlər arasında təcrübə mübadilənin təmin olunması məqsədilə təşkil olunan tədbirdə Azərbaycan Tibb Universitetinin Onkologiya klinikasının süd vəzi üzrə cərrahı t.ü.f.d. Günay Əhmədova da iştirak edib. O, "İrsiyyətində süd vəzi xərçəngi olan qadınların təqib edilmə strategiyası" mövzusu ilə çıxış edərək konfrans iştirakçılarının suallarını cavablandırıb.
Konfransda uşaqlıq boynu patologiyaları, menopauza dövründə qadınlarda çox rast gəlinən ginekoloji problemlər, hamiləlik dövründə izlənən infeksion ağırlaşlamalar, bu sahədəki xəstəliklərin müalicəsinin müasir aspektləri və digər mövzularda bağlı mütəxəssislərin məruzələri dinlənilib.