“Qlobal ali təhsil gündəliyində iqlim dəyişikliklərinə qarşı mübarizə" forumu keçirilib

Elm və Təhsil Nazirliyi ilə “Times Higher Education” (THE) Beynəlxalq Reytinq Agentliyinin birgə təşkilatçılığı ilə "Qlobal ali təhsil gündəliyində iqlim dəyişikliklərinə qarşı mübarizə" mövzusunda forum keçirilib.

Forumda Elm və təhsil naziri Emin Əmrullayev, Energetika nazirinin müavini, COP29-un baş icraçı direktoru Elnur Soltanov, Azərbaycan Tibb Universitetinin rektoru, professor Gəray Gəraybəyli,  ADNSU-nun rektor əvəzi dosent Vazeh Əskərov, SDU-nun rektoru dosent Rüfət Əzizov, və digər ali təhsil müəssisələrinin rəhbər şəxsləri, aidiyyətli dövlət qurumlarının təmsilçiləri eyni zamanda, xarici universitetlərin mütəxəssislərin iştirak ediblər.

COP29 ərəfəsində keçirilən forumun məqsədi iqlim dəyişikliyi ilə bağlı aktual məsələlərin müzakirəsini aparmaq, effektiv həll yolları təklif etmək və bu sahədə alimlər, sənaye liderləri, tələbələr və ictimaiyyət arasında əməkdaşlığı gücləndirməkdən ibarət olub.

Çıxışçılar COP29-un Bakıda keçirilməsinin ölkəmiz üçün tarixi bir hadisə olduğunu, bu mövzuda forumun universitetlərimiz və geniş mənada təhsil sistemi üçün faydalı olacağına əmin olduqlarını bildiriblr. Azərbaycan ali təhsil müəssisələri ilə yanaşı, xarici universitetlərin, elm adamlarının, mütəxəssislərin bir araya gələrək göstərdikləri təşəbbüsü yüksək qiymətləndirib. Rəsmi çıxışlardan sonra forum işini panel müzakirələrlə davam etdirib.