Tələbələrimiz Buzovnada keçirilən aksiyada aktiv iştirak edib

Sentyabrın 21-də Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin (SİHİ RK) təşkilatçılığı ilə Buzovna qəsəbəsi ərazisində dəniz kənarında “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində “Təmizlik - sağlamlıqdır” adlı ekoloji aksiya keçirilib.

Aksiyada 1 və 2 saylı Bakı Tibb kolleclərinin tələbələri, o cümlədən Azərbaycan Tibb Universiteti Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədrinin rəhbərliyi ilə 24 tələbəmiz aktiv iştirak edib. İştirakçılar aksiya zamanı dəniz kənarını məişət tullantılarından təmizləyiblər.

ATU THİK-in sədri Qoşqar İsmayılov aksiyanın hər kəsin ürəyincə olduğunu və bu cür aksiyaların davamlı şəkildə təşkil ediləcəyini bildirib.