ATU-da 14 əcnəbi tələbə rezidenturaya qəbul olunub

Əcnəbi vətəndaşlar üçün rezidentura və magistratura pillələri üzrə qəbul imtahanları keçirilib

Azərbaycan Tibb Universitetində əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün rezidentura və magistratura pillələri üzrə qəbul imtahanları keçirilib. Ənənəvi olaraq iki mərhələdən ibarət imtahanın birinci hissəsində dil bilikləri yoxlanılıb. Növbəti mərhələdə isə namizədlər komissiya üzvləri ilə müsahibədən keçiblər.

Rezidentura üzrə imtahan komissiyasına müxtəlif ixtisaslara dair mütəxəssislər daxildir. Müsahibədən sonra  komissiyanın yekun rəyi nəticəsində Bu il ATU-nun rezidentura şöbəsinə 32 nəfərdən 14 xarici vətəndaş qəbul edilməsinə dair qərar verilib.

Qeyd edək ki, ATU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru, dosent Orxan İsayevin sədr olduğu qəbul komissiyasının üzvləri ümumi işlər üzrə prorektor Nazim Adilov, Rezidentura və magistratura şöbəsinin müdiri, professor Məlahət Sultanova, Beynəlxalq əlaqələr şöbəsinin müdiri, dosent Müşviq Orucov, Rezidentura və magistratura şöbəsinin müdir müavini, dosent Ləman Əlizadə, Beynəlxalq əlaqələr şöbəsinin müdir müavini, dosent Nigar Ələkbərova, Rezidentura və magistratura şöbəsinin müdir müavini, baş müəllim Əfsanə Məmmədova, Rezidentura və magistratura şöbəsinin müfəttişi Aytac Dəmirovadır.