Azərbaycan Tibb Universitetinin Tələbə Həmkarlar İttifaqı və II Müalicə-profilaktika fakültəsinin kollektivi 27 sentyabr Anım Günü ilə əlaqədar Hərbi Qənimətlər Parkını ziyarət edib. Qoşqar İsmayılov və İsrail Məhərrəmbəylinin rəhbərliyi ilə əməkdaşlarımız və tələbələrimiz xatirə daşının önünə gül dəstələri düzərək şəhidlərin əziz xatirəsini ehtiramla anıblar.
Qeyd edək ki, 2020-ci ildə tarixi Zəfərlə yekunlaşan 44 günlük müharibə nəticəsində torpaqlarımız 30 illik işğaldan azad olub. Bu şanlı qələbənin əldə edilməsində ATU-nun məzunları olan həkimlərimiz və feldşerlərimizin də böyük rolu olub. İkinci Qarabağ müharibəsində ümumilikdə 159 tibb işçisi yaralanıb, 42 nəfər isə şəhid olub: Müharibədə şəhid olan tibb işçilərinin 18 nəfəri həkimdir.