Azərbaycan Tibb Universitetinin Əsaslı Kitabxanasında COP29 tədbirləri çərçivəsində “Yaşıl dünya naminə həmrəylik ili” adlı sərgi təşkil olunub
Sərgidə qlobal iqlim dəyişikliyi, ətraf mühitin qorunması, yaşıl enerji və bunların Azərbaycanın təbiətinə, iqtisadiyyatına təsiri, eləcə də digər mövzularla əlaqədar nəşr olunmuş müxtəlif elmi kitablar nümayiş edilib.
Kitabxananın rəhbərliyi bildirib ki, qlobal iqlim fəaliyyəti təşəbbüslərini inkişaf etdirmək məqsədi daşıyan “Yaşıl dünya naminə həmrəylik ili” adlı sərgi tələbələrimizin böyük marağına səbəb olub.