İctimai səhiyyə fakültəsinin 5-ci kurs tələbəsi, fakültə Səhiyyə klubunun sədri Nailə Əhmədova Serbiyanın səhiyyə sistemi və mübadilə proqramı barədə təqdimat keçirib. Tədbirdə İctimai sağlamlıq və səhiyyənin təşkili kafedrasının professor-müəllim heyəti və İctimai səhiyyə ixtisasının 1-5-ci kurs tələbələri iştirak edib.
Tədbirdə mübadilə proqramının tələbələrin karyera və şəxsi inkişafındakı önəmi vurğulanıb, həmçinin Serbiyada səhiyyə sisteminin Azərbaycan səhiyyə sistemi ilə müqayisəli təhlili aparılıb. Təqdimatın sonunda tələbə və müəllimlərin sualları cavablandırılıb.
Qeyd edək ki, İctimai səhiyyə ixtisası yeni bir ixtisas olduğu üçün bu cür tədbirlərin keçirilməsi xüsusi əhəmiyyətə malikdir. Çünki tələbələrin peşə motivasiyasını qaldırır və onlarda bu ixtisasa marağı gücləndirir.