Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, İctimai Səhiyyə və İslahatlar Mərkəzi, Nevroloqların Milli Assosiasiyasının təşəbbüsü və Azərbaycan Uşaq Nevroloqları Assosiasiyasının təşkilatçılığı ilə kurslar keçirilib.
“Kəskin İnsultda İrəliləmiş Dəstək-KİİD” təlim kursunun birinci modulu müvəffəqiyyətlə baş tutub.
İnsult və serebrovskulyar xəstəliklərin yükü, risk amilləri, diaqnostikası və differensial diaqnostikası, irəliləmiş neyroradioloji görüntüləmə, trombektomiya və trombolitik terapiyanın tətbiqi və bir çox digər aktual mövzuları geniş əhatə edən bu təlim kursunda həm təcrübəli nevroloqlar, reanimatoloqalar, neyrocərrahlar, neyroreabilitoloqlar, həm də gənc həkimlər, rezident-həkimlər iştirak edib.
Qeyd edək ki, Azərbaycan Tibb Universitetinin Nevrologiya kafedrasının müdiri, professor Aytən Məmmədbəyli əməkdaşları dosent Rahim Əliyev, dosent Şəhla Mehtiyeva, dosent Aygün Musayeva, dosent Şəhla Məlikova, t.ü.f.d. assistent Sevda Ələkbərova, assistent Nuran Əmənullayev, həkim Fatimə Əliyeva bu təlim kursunda iki gün ərzində iştirakçılara master-klass keçmişdir, həmçinin, müxtəlif sessiyaların moderatorları olublar.
İnteraktiv müzakirələrlə dolu olan bu kurs iştirakçılar tərəfindən çox böyük maraqla qarşılanıb.
“Kəskin İnsultda İrəliləmiş Dəstək-KİİD” təlim kursunun 3 moduldan ibarət olunması nəzərdə tutulur. “Kəskin İnsultda İrəliləmiş Dəstək-KİİD” təlim kursunun ikinci və üçüncü modullarının yaxın zamanda keçirilməsi planlaşdırılır.