ATU-nun İctimai səhiyyə fakültəsi Dövlət Gömrük Komitəsinin Mərkəzi Hospitalının rəis müavini, terapevt-kardioloq dr. Nabil Seyidovun iştirakı ilə "XXI əsrin ən mühüm ictimai səhiyyə nailiyyətləri" mövzusunda seminar təşkil edib.
Seminar tələbələrlə interaktiv ünsiyyət formatında baş tutub. Dr. N.Seyidov aktual ictimai səhiyyə məsələləri ilə bağlı faydalı və əhəmiyyətli məlumatlar təqdim edərək tələbələrin suallarını cavablandırıb. Tələbələr seminarda fəallıq göstərərək maraqlı müzakirələr aparıblar.
Fakültədən bildirilib ki, bu cür tədbirlər tələbələrin biliklərini artırmaqla yanaşı, onların müasir ictimai səhiyyə problemlərinə dair anlayışlarını genişləndirmək üçün də vacibdir. Bu baxımdan, gələcəkdə də keçirilməsi planlaşdırılan oxşar seminarlar tələbələrin inkişafını dəstəkləmək və onları müasir səhiyyə sisteminin tələblərinə uyğun hazırlamaq məqsədi daşıyır. Qeyd olunub ki, tələbələrin aktivliyi bu cür seminarların uğurla həyata keçirilməsində mühüm rol oynayır və ictimai səhiyyə məsələləri ilə maraqlananlar gələcək tədbirlərdə iştirak etməyə çağır