1992-ci ildən etibarən hər il oktyabrın 10-u Ümumdünya Psixi Sağlamlıq Günü kimi qeyd edilir.
Bu təqvim günü Ümumdünya Psixi Sağlamlıq Federasiyasının təşəbbüsü və Ümumdünya Səhiyyə Təşkilatının dəstəyi ilə təsis edilib.
Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, hazırda dünyada 1 milyarda yaxın insan müxtəlif psixi xəstəliklərdən əziyyət çəkir. Hər il 3 milyon nəfər alkoqoldan və hər 40 saniyədə bir nəfər intihar nəticəsində həyatını itirir.