Azərbaycan Tibb Universitetinin (ATU) Elmi Departamentin Startap və elmi tədqiqatların koordinasiya şöbəsi tərəfinfən StartUp-ların təşkili mövzusuna həsr olunmuş silsilə tədbirlər keçirilir.
İctimai Səhiyyə və Əczaçılıq fakültələrinin tələbələri üçün “Startaplara giriş” mövzusunda əhəmiyyətli təlim baş tutub.
Təlim “İngress_academy”nin həmtəsisçisi İmran Yusubov tərəfindən aparılıb.
İ.Yusubov təlimdə Startapların qurulması, idarə edilməsi və inkişaf etdirilməsi sahəsində öz bilik və təcrübələrini tələbələrlə bölüşüb, iştirakçıları uğurlu startapın təməl prinsipləri ilə tanış edib və gələcək layihələr üçün qiymətli məlumatlar verib.
Qeyd edək ki, bu növ təlimlər gənc mütəxəssislərə yeni imkanlar açmaq və onları innovativ layihələrə təşviq etmək məqsədi daşıyır.