Azərbaycan Tibb Universitetinin (ATU) Elmi Departamentin Startaplar və elmi tədqiqatların koordinasiya şöbəsi tərəfinfən Əczaçılıq fakültəsinin tələbələri üçün təlim keçirilib
Təlim, əczaçılıq sahəsi üzrə mütəxəssis Elvina Məmmədova tərəfindən yüksək səviyyədə keçirilib. İlk təlimdə E. Məmmədova “Əczaçılıqda marketinq” mövzusunda öz biliklərini tələbələrlə bölüşüb.
E. Məmmədova ATU-nun Stomatologiya fakültəsini bitirib. O iş həyatında “Asfarma” firmasında çalışmış “Avita” firmasının rəhbəri olub. Hal hazırda Egis firmasında çalışır. Təlim tələbələr tərəfindən böyük marağa səbəb olub.
Qeyd edək ki, ümumilikdə Əczaçılıq fakültəsi üçün 7 təlim planlaşdırılıb və hər biri startap haqqında tələbələrə dərin məlumatlar verəcək. Təlimlərə qatılan iştirakçılar sonda sertifikatla təmin olunacaqlar.