Bakı Ekspo Mərkəzində keçirilən X Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində ATU-nun İctimai sağlamlıq və səhiyyənin təşkili kafedrasının əməkdaşları professor R.Çobanov, dosentlər Y.Hacıyeva və R.Liftiyev tərəfindən hazırlanmış "Tibb müəssisələrində risklərin idarə edilməsi" dərsliyinin təqdimatı baş tutub.
Tədbiri ATU-nun Əsaslı Kitabxanasının direktoru Ziyafət Eminova açıb. Adıçəkilən kafedranın müdiri və kitabın həmmüəllifi Yaqut Hacıyeva, eləcə də universitetimizin Rezudentura və magistratura şöbəsinin müdir müavini Əfsanə Qəhrəmanlı təqdimatda çıxış ediblər.
Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Mikrobiologiya və epidemiologiya kafedrasının müdiri Nigar Mütəllibova, ATU Əsaslı Kitabxanasının direktor müavini Gülbehişt Orucova dərsliklə bağlı fikirlərini bildiriblər.
Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcidin qonaq qismində qatıldığı təqdimat mərasimində Azərbaycan Texniki Universiteti və digər ali məktəblərin nümayəndələri iştirak edib.