BMT-nin uşaq fondu 2008-ci ildə BMT-nin Baş Assambleyasının keçirdiyi iclasında hər il 15 oktyabrı rəsmi olaraq “Ümumdünya Əl Yuma Günü” kimi elan edib. BMT və Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ekspertlərinin qənaətinə görə “çirkli əllər”dən yaranan xəstəliklər qlobal səviyyədə fəlakətə yol aça bilər.
Çirkli əllərdən insan orqanizminə bir çox qorxulu xəstəliklərin patogenləri: vəba, pnevmoniya virusu, hepatit, qrip və kəskin resperator virus infeksiyaları daxil olur. «Çirkli əllər» Asiya və Afrika ölkələrində uşaq ölümləri sayının yüksək olmasının əsas səbəbidir. Belə ki, əl yumamaq difteriya, sətəlcəm, hepatit, qrip, göz infeksiyası, qotur xəstəliyi və müxtəlif növ göbələk xəstəliklərinin yaranmasının əsas faktorlarından biridir.