Bizi izləyin:
Heydər Əliyev
“ATUREK 14” rezident və magistrantların elmi-praktik konfransında çıxış edən məruzəçilərlə görüş keçirilib

“ATUREK 14” rezident və magistrantların elmi-praktik konfransında çıxış edən məruzəçilərlə görüş keçirilib

     Azərbaycan Tibb Universitetində (ATU) “ATUREK 14 - “Yüksəlişə Doğru” adlı rezident və magistrantların elmi-praktik konfransı”nda çıxış edən məruzəçilərlə görüş keçirilib.

    Tədbirdə çıxış edən universitetin Rezidentura və magistratura şöbəsinin müdiri İlhamə Mustafayeva məruzəçilərə nümunəvi iştiraklarına görə minnətdarlıq edib. Şöbə müdiri qeyd edib ki, artıq 14 - cü dəfə təşkil olunan konfransda çıxış edən rezidentlərin elmi məqalələri, tezis və  tədqiqat işləri  istər ölkə, istərsə də xaricdə nəşr olunan nüfuzlu nəşrlərdə yer alıb.

    Görüşdə həmçinin bildirilib ki, konfransda 15 klinik baza üzrə 240- dan cox məruzəçini 140 ekspert qiymətləndirib və qaliblər bu qiymətləndirmə əsasında müəyyən edilib.

   Daha sonra konfransın təşkilati işləri, sessiya iclaslarında fəallıq göstərən rezident və magistantlara  diplom və sertifikatlar təqdim edilib.

 

 

Paylaş

Dostlarınız ilə paylaşın.