SABAH.HUB-un komanda üzvü tələbələrə təlim keçib

Xəbər verdiyimiz kimi, ATU-nun fakültələrində yeni startap təlimlərinə start verilib.

İctimai səhiyyə və Əczaçılıq fakültələrinin tələbələri üçün “Startaplara giriş” mövzusunda təlimdən sonra həmin fakültələrdə daha bir təlim baş tutub. Bu dəfəki təlim müxtəlif sahələrdə yeni startapların yaranmasına və inkişaf etməsinə dəstək olan İnnovasiya Mərkəzi – SABAH.HUB-un komanda üzvü, inkubasiya üzrə rəhbəri Camal Rzayev tərəfindən aparılıb. “Startapın maliyyə aspektləri, biznes üçün maliyyələşmə və investor tapılması” mövzusunda tələbələrə təlim keçən inkubasiya proqramı üzrə mütəxəssis tələbələrə biznes üçün maliyyə resurslarının, eləcə də investorların necə tapılması yollarından danışıb. Eyni zamanda investorların layihələlərə cəlb edilməsində fərdi təşəbbüslərin, ideya təqdimatı hazırlamağın xüsusi əhəmiyyət daşıdığını vurğulayıb.  

Təlim zamanı fəallıqları ilə seçilən tələbələr öz startap ideyalarını moderatorla bölüşüblər.