Azərbaycan Tibb Universitetinin Müalicə-profilaktika fakültəsinin tələbələri Günel Quliyeva və Aişə Abbaszadə “Erasmus K71” mübadilə proqramı çərçivəsində Türkiyənin Biruni Universitetinin xəstəxanasında iki ay müddətində klinik təcrübə keçiblər.
Təcrübə zamanı tələbələrimiz müasir tibbin müxtəlif sahələrində təcrübə qazanaraq, tanınmış həkim və professorlardan dəyərli biliklər öyrəniblər. Tələbələr, həmçinin Biruni Universitetinin müasir tibbi avadanlıqları ilə təchiz olunmuş xəstəxanasında müxtəlif klinik tapşırıqları yerinə yetirərək, nəzəri biliklərini praktikada tətbiq etmə imkanları əldə ediblər.
Təqdirə layiqdir ki, ATU tələbələrinin beynəlxalq mübadilə proqramlarında iştirakı onların qlobal səviyyədə tibbi təcrübə qazanmasına və müxtəlif ölkələrdən olan həmkarları ilə əməkdaşlıq etməsinə imkan yaradır.