Əməkdaşımız Özbəkistan və Meksikada məruzələr oxuyub

Oktyabrın əvvəllərində Özbəkistanın Daşkənd şəhərində IV Beynəlxalq Oftalmoloji Konqres keçirilib. Tədbirdə ATU-nu Oftalmologiya kafedrasının dosenti, t.e.d. Tural Qəlbinur təmsil edib.

O, bir plenar iclasın bölmə sədri olub, eləcə də "Müharibəyə bağlı göz zədələnmələri" mövzusunda və Türk Cümhuriyyətləri Oftalmoloji Cəmiyyətinin panelində moderator, "Pediatrik tor qişa qopmalarının cərrahi müalicəsi" mövzusunda dəvətli məruzəçi kimi çıxış edib. 

Bu konfransın ardınca, 8-13 oktyabr tarixlərində T.Qəlbinur Meksika Retina Cəmiyyətinin xüsusi dəvəti ilə bu ölkənin Merida şəhərində keçirilən Beynəlxalq Retina Toplantısında 3 məruzə oxuyub. Onun "Retina qopmalarında silikon yağ və ya qaz tamponadasının effektliliyinin müqayisəli öyrənilməsi", "Gözdaxili yad cismlərin çıxarılmasl" və "Pediatrik retina qopmalarında cərrahi taktikanın seçilməsi" adlı məruzələri iştirakçılar tərəfindən maraqla qarşılanıb.