İctimai səhiyyə və Əczaçılıq fakültələrində növbəti təlim keçirilib

Oktyabrın 22-də İctimai səhiyyə və Əczaçılıq fakültələrində "MVP-nin (Minimum Viable Product) və İnteraktiv İnkişafın Yaradılmasının Əhəmiyyəti" mövzusunda təlim keçirilib.

Təlimin spikeri, SABAH.studio-nun meneceri Şahruz Həsənli minimum həcmli məhsul anlayışının tətbiqi və interaktiv inkişaf metodlarının əhəmiyyəti barədə təlim iştirakçılarına ətraflı məlumat verib.

Təlim tələbələrin geniş marağına səbəb olub.

Qeyd edək ki, oktyabrın 4-də başlayan startap təlimləri ayın 29-da sona çatacaq. Bu təlimlər tələbələrin startap ekosistemində uğur qazanmağa kömək edəcək məlumatları əldə etməsinə və onlarda innovativ düşüncə tərzinin inkişafına imkan yaradacaq.