ATU-nun Rezidentura və magistratura şöbəsinin müdir müavini, Əczaçılıq texnologiyası və idarəçiliyi kafedrasının baş müəllimi Əfsanə Məmmədova oktyabrın 14-dən 28-dək Türkiyə Cümhuriyyəti Atatürk Universitetində Orhun mübadilə proqramı çərçivəsində Farmasötik texnoloji kafedrasında akademik fəaliyyətdə olub.
O həmin müddətdə Atatürk Universitetinin Əczaçılıq fakültəsinin dekanı, professor Beyzagül Erkayman xanımla, müxtəlif kafedraların müdir və əməkdaşları, o cümlədən Sağlıq Bilimləri İnstitutunun müdiri, professor Abdulmecit Albayrakla görüşüb. Görüşlər zamanı ikitərəfli əməkdaşlıq məsələləri müzakirə edilib. Bu məsələ ilə bağlı Əfsanə xanım, həmçinin Atatürk Universiteti Doğu Anadolu Yüksək Texnoloji Uyğulama və Araşdırma Mərkəzi – DAYTAM-da olub, rəhbərliklə görüşərək ATU magistrantları və müəllimlərinin bu araşdırma mərkəzində çalışmaq şərtlərinə dair müzakirələr aparıb.