İctimai Səhiyyə fakültəsi tədbir təşkil edir

İctimai Səhiyyə fakültəsinin nəzdində fəaliyyət göstərən "Səhiyyə Klubu" ilk böyük miqyaslı tədbiri ilə qarşınızdadır!

Tədbir Azərbaycan Tibb Universitetinin fizika-kimya korpusunda 4 noyabr saat 14:30 da baş tutacaq.

"İqlim təsirləri-Gələcəyin həkimlərinin gözündən" adlı tədbirimiz COP29 və iqlim dəyişikliklərinin insan sağlamlığına olan təsirlərini araşdırmağa həsr olunmuşdur.
Azərbaycan Tibb Universitetinin tələbələri arasında mövzu ilə bağlı məlumatlılıq dərəcəsini ölçmək məqsədilə anket-sorğu aparılmışdır. Tədbir boyunca tələbələrin bu mövzudakı bilik və fikirləri statistikalarla təqdim olunacaq, eyni zamanda iqlim dəyişikliyinin sağlamlığa təsiri haqqında doğru bilinən yanlışlar, habelə bu qlobal böhrana dair maarifləndirmə aparılacaqdır. Məqsədimiz, gələcək həkimlərin bu sahədə aktiv rol alma potensialını müzakirə etmək və iqlim dəyişikliyinə qarşı hazırlıqlı olmağın vacibliyini vurğulamaqdır. Əgər siz də bu mövzuda məlumatlanmaq və faydalı müzakirələrə qoşulmaq istəyirsinizsə, tədbirimizə dəvətlisiniz!

 Qeydiyyat linki:
https://surveyheart.com/form/67226bf079d33276c9bf3cf6