Azərbaycan Tibb Universitetinin beynəlxalq əlaqələri ildən ilə genişlənir, dünyanın bir çox ölkəsindən olan universitetlər və tibbi-elmi qurumlarla əməkdaşlıq qurulur, müqavilələr imzalanır. Bu əlaqələrin hər biri ATU-nun inkişafına böyük töhfədir.
Qarşılıqlı əməkdaşlıq çərçivəsində bu günlərdə universitetimizin qonağı olan Rusiyanin “GEOTAR-Media” adlı nüfuzlu nəşriyyatının kommersiya işləri üzrə direktoru Viktor Andreyev ATU-nun Əsaslı kitabxanasına da baş çəkib. Kitabxananın direktoru Ziyafət Eminova və direktor müavini Gülbehişt Orucova qonağa ölkəmizin ilk ali tibb məktəbi və onun zəngin kitabxanası haqqında geniş məlumat veriblər. Qeyd edilib ki, Əsaslı kitabxananın əsas fonda tibbi ədəbiyyat və dərsliklərdən ibarətdir.
Viktor Andreyev virtual oxu zalı, kitab və dərslik fondları ilə tanışlıqdan məmnun qaldığını bildirib.
Görüş zamanı gələcək əməkdaşlıqla bağlı ətraflı müzakirələr aparılıb.