Əməkdaşımızın elmi işi beynəlxalq konqresdə maraqla qarşılanıb

ATU-nun Sitologiya, embriologiya və histologiya kafedrasının baş müəllimi t.ü.f.d. Aygün Əliyarbəyova Türkiyənin Sakarya bölgəsində Türk Histoloji və Embrioloji Dərnəyi tərəfindən təşkil olunmuş NICHE2024 (16th National and 2nd International Congress of Histology and Embryology) beynəlxalq elmi konqresdə iştirak edib.

Konqresdə Sakarya Universitetinin nəzdində Turqut Ozal Kultur ve Kongre Mərkəzində keçirilərək, molekulyar biologiya və hüceyre biologiyası, mikroskopik texnika, kök hüceyrə, hücrəsəl tədavilər, regenerativ tibb, yardımlı ürəmə texnikləri, şiş biologiyası, biotibbi mühəndislik, sinir və  neyroendokrin kimi mövzularda məruzələr dinlənilib.  

Konqresin plenar iclasında dünyaca məşhur olan Hacettepe Universitetinin professoru  Dr. Emin Kansunun “Nobel Prizes and Significance of Curiosity in Science”, Ankara Universitetinin Histoloji və Embrioloji bölümünün professoru Dr. Alp Canın “The History of Histology from Today’s Perspective” mövzusunda çox maraqlı, tarixi bilgilərlə zəngin və informativ məruzələri xüsusi maraqla qarşılanıb. Konqresə bir çox ölkələrdən histoloji və embrioloji bölümü üzrə çalışan tədqiqatçı alimlər qatılaraq, apardıqları elmi tədqiqat işlərini nümayış etdiriblər.

Çox sevindirici haldır ki, əməkdaşımız konqresə 2 poster (Allocation and ultrastructural characteristics of macrophages within lung tissue; Immunohistochemical assessment of distribution and quantification of immunocompetent cells in rats՚ lungs) və 1 sözlü (Histopathological evaluation of alteration endothelial cells of lungs vessels under influencing Macrophage migration inhibitor factor (MIF)) təqdimatı ilə qatılaraq, təkcə universitetimizi deyil, həm də Azərbaycanı təmsil edib. Histoloji dərnəyin başkanı, Akdeniz Universitetinin Tibb Fakültəsinin Histoloji və embrioloji kafedrasının professoru Dr. Gamze Tanriöver və konqresin bölüm başkanları əməkdaşımızın tədqiqat işinə xüsusi maraq göstəriblər. Məruzədə və poster çıxışlarında təqdim olunan elmi işin nəticələri qarşılıqlı müzakirəyə çıxarılıb. Başkan bu istiqamətdə əməkdaşlığın gələcəkdə daha geniş diapozonda davam etdirilməsinin vacibliyini vurğulayıb.