Oktyabrın 29-da Əlcəzairin Mostaganem, Abdelhamid Ibn- Badis Universitetinin Təbiət və həyat elmləri fakultəsi, Biologiya kafedrası, Farmakoqnoziya və Api- Fitoterapiya laboratoriyasının müdiri, professor Noureddine Djebli Azərbaycan Tibb Universitetinin Əczaçılıq fakültəsində, həmçinin Farmakoqnoziya və Əczaçılıq toksikologiyası və kimya kafedralarında akademik fəaliyyət göstərib.
O, fəaliyyət göstərdiyi bu kafedralarda öz elmi yaradıcılığı, elmi istiqaməti haqqında oxuduğu mühazirələr, keçirdiyi seminarlar Əczaçılıq fakultəsinin əməkdaşları, magistrantları, doktorantları və gənc alimləri, maraqla dinlənilib. Elə onun səfərinin əsas məqsədini də tədqiqat təcrübəsi, mübadiləsi və elmi müzakirələr təşkil edib. Professor Noureddine Djebli səfər çərçivəsində Azərbaycan Tibb Universitetinin Farmakologiya, Bioloji kimya kafedraları, Elektron mikroskopiya laboratoriyası, Elmi Araşdırmalar Mərkəzinə də baş çəkərək kollektiv təcrübələr və tədqiqat tendensiyaları ilə tanış olub.
Səfərin sonunda Əlcəzairli qonağa ATU-nun Beynəlxalq əlaqələr şöbəsi tərəfindən sertikatifikat təqdim edilib.
Görüşdə Beynəlxalq əlaqələr şöbəsinin müdir müavini, dosent Nigar Ələkbərova, Əczaçılıq fakultəsinin dekanı, dosent Fərəh Mədətli, Farmakoqnoziya kafedrasının müdiri, professor Cavanşir İsayev, Əczaçılıq toksikologiyası və kimya kafedrasının assistenti Kəmalə Bədəlova və Beynəlxalq əlaqələr şöbəsinin koordinatoru Aynur xanım iştirak ediblər. Görüş zamanı proessor Noureddine Djebli gələcəkdə hər iki universitet arasında Beynəlxalq elmi əməkdaşlıq haqqında da söz açıb.