ATU tələbəsi Çində keçirilən beynəlxalq konfransda universiteti təmsil edib

Azərbaycan Tibb Universitetinin (ATU) İctimai səhiyyə Fakültəsinin 1-ci kurs tələbəsi Fuad Haciyev Çində keçirilən beynəlxalq konfransda ölkəmizi layiqincə təmsil edib

O, Shangluo şəhərindəki Peşə və Texniki Kolleci tərəfindən təşkil olunan Tibbi Mübadilə Konfransında təqdimatla çıxış edib.

F.Hacıyevin “Mənim Ölkəm, Mənim Mədəniyyətim, Mənim ölkəmdə tibb və səhiyyə tarixi” mövzusundakı təqdimatı iştirakçıları tərəfindən maraqla qarşılanıb və yüksək qiymətləndirilib.

Qeyd edək ki, ATU-nun İctimai səhiyyə fakültəsinin tələbəsi Fuad Haciyev hazırda üçüncü ali təhsilini alır. Artıq üçüncü ixtisas üzrə oxuyan F.Hacıyev ATU ilə yanaşı, 3 illik təlim proqramı müqaviləsi çərçivəsində Çində də təhsilini davam etdirir.