ATU beynəlxalq seminarlarda təmsil olunub

ATU-nun I Uşaq xəstəlikləri kafedrasının assistenti Aytən Şıxəliyeva, Yoluxucu xəstəliklər kafedrasının baş laborantı Nüşanə Şıxəliyeva, Tibb və sağlamlıq elmləri təhsili kafedrasının baş müəllimi Bənövşə Hüseynova noyabrın 4-dən 16-dək Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən “Uşaqlarda infeksion xəstəliklər zamanı təxirəsalınmaz yardim” mövzusunda seminarda iştirak ediblər.

Seminarda Belarus, Özbəkistan, Tacikistan, Qırğızıstan və digər postsovet ölkələrinin nümayəndələri təmsil olunub.