Noyabrın 20-22-də Moskva şəhərində Rusiya Terapevtlər Cəmiyyətinin akademik A.L.Martınovun anım gününə həsr olunmuş 19-cu Milli Konqresi keçirilib. Konqres çərçivəsində Azərbaycan Tibb Universiteti əməkdaşlarının iştiraki ilə beynəlxalq simpozium baş tutub
Seminarda I Daxili xəstəliklər kafedrasının dosenti Aytən Məmmədzadə, III Daxili xəstəlikləri kafedrasının dosenti İnarə Əlixanova, I Daxili xəstəliklər kafedrasının assistenti Aygün Kazımlı və Əqli mülkiyyətin inkişafının idarəolunması, qrant, patent və elmi ekspertiza şöbəsinin müdiri, II Daxili xəstəliklər kafedrasının assistenti Könül İsmayılova spikerlik ediblər.
Konqres çərçivəsində keçirilən seçkilərdə Rusiya Elmlər Akademiyasının akademiki Oksana Mixaylovna Drapkina cəmiyyətin yeni prezidenti seçilib. Əməkdaşlarımızın yeni prezidentlə səmimi görüşü olub və gələcək əməkdaşlıqlarla bağlı müzakirələr aparılıb.