Pediatriyanın aktual problemləri Daşkənddə müzakirəyə çıxarılıb

Ötən ay Özbəkistanın Daşkənd Tibb Akademiyasında “Müasir pediatriyada aktual problemlər: uşaq xəstəliklərinin diaqnozu və müalicəsində yeni imkanlar” adlı III Beynəlxalq elmi-praktik konfrans keçirilib.

Konfransda ATU-nun Elmi Tədqiqatların İdarəolunması Departamentinin Elmimetrik araşdırma və beynəlxalq elmi əməkdaşlıq şöbəsinin müdiri, professor Fatma Seyidbəyova moderator, II Uşaq xəstəlikləri kafedrasının əməkdaşları - dosent Məleykə Kərimova, t.ü.f.d., assistent Afaq Axundova, t.ü.f.d., assistent Nərgiz Məmmədova, t.ü.f.d., assistent Sarabəyim Mansurova spiker qismində iştirak ediblər. Onların aktual mövzularda çıxışları maraqla qarşılanıb.

Konfrans çərçivəsində əməkdaşlarımız Daşkənd Tibb Akademiyasının prorektoru Şuhrat Boymuradov ilə görüşərək, gələcəkdə Azərbaycan Tibb Universiteti ilə davamlı əməkdaşlığa dair müzakirələr aparıblar.