ATU-nun Tədris Cərrahiyyə Klinikasında müəssisənin fəaliyyətinin qiymətləndirilməsinə və işlərin icrasının səmərəliyinin artırılması həsr edilmiş növbəti iclas keçirilib
Klinikanın direktoru, dosent Əsədulla Sultanov rəhbərlik etdiyi qurumun fəaliyyəti, işlərin təkmilləşdirilməsi istiqamətində atılan tədbirlər və onların nəticələri barədə məlumat verib. Müəssisədə tədris prosesinin təşkili, tələbələrin və rezidentlərin təcrübə əldə etməsi, peşəkar kadr kimi formalaşması üçün görülən tədbirlərin effektivliyinin daha da artırılması üzrə tapşırıq və tövsiyələr verib. Tədris Cərrahiyyə Klinikasının direktoru, dosent Əsədulla Sultanov tədrislə yanaşı, əhaliyə keyfiyyətli tibbi xidmətin göstərilməsi, müalicə işinin aparılması ilə bağlı da müvafiq tövsiyələrini bildirib. Klinika üzrə məsul şəxslərin iştirak etdiyi toplantıda mövcud vəziyyətə dair hesabatlarla yanaşı, qarşıda duran öhdəliklərin icrasına dair fikir mübadiləsi aparılıb.
Toplantıda çıxış edənlər iş zamanı müşahidə olunan əsas çətinliklər və onların aradan qaldırılması üçün görülməli olan tədbirlərdən söz açıblar.