ATU tələbələrinə "Tibbdə marketinq və startap anlayışı: nəzəriyyədən uğurlu startapa gedən yol" mövzusunda təlimlər keçirilib

  Azərbaycan Tibb UNiversitetinin Müalicə-profilaktika və Hərbi Tibb Fakültəsinin tələbələri  üçün "Tibdə marketinq və startap anlayışı: nəzəriyyədən uğurlu startapa gedən yol" adlı təlimlər silsiləsinin 3-cü təlimi keçirilib.

Təlimçi - Odlar Yurdu Universitetinin müəllimi, Startap və İnkubasiya mərkəzinin rəhbəri, Startap mentoru Rəvanə Göyüşlü "Startapların təqdimatı. Startap konseptinə giriş. Startap mədəniyyətinin tarixi" mövzusunda çıxış edib.

 Təlimin sonunda mövzuya dair geniş diskussiya aparılıblar. Tələbələr Rəvanə xanıma onları maraqlandıran sualları ilə müaciət edib. O, sualları cavabladıqdan sonra təlim yekunlaşıb.