Azərbaycan Tibb Universitetinin (ATU) tələbələri “Şuşa – İslam Əməkdaşlıq Təşkilatının Gənclər Paytaxtı 2024” Beynəlxalq Proqramının bağlanış mərasimində fəal iştirak ediblər.
Tədbir Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumu (ICYF) və Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin birgə təşkilatçılığı ilə baş tutub.Tədbir çərçivəsində müxtəlif panel və seminarlar keçirilib.
ATU-dan Elm paneli və seminarlarında I müalicə-profilaktika fakültəsinin Misirli və Nigeriyallı tələbələri Şehab Regab Elsayed (Misir) və Abubakar Mohammed (Nigeriya), II müalicə-profilaktika fakültəsinin Türkiyəli və Pakistanlı tələbələri Fatma Nur Yılmaz (Türkiyə) və Areesba Zafar, Stomatologiya fakültəsinin Tükiyə, İran və Suriyalı tələbələri Berkan Bozdemir (Türkiyə), Egehan Arslantürk (Türkiyə), Furkan Han (Türkiyə), Shayan Hashempour (İran) və Alahdab Amro (Suriya) iştirak ediblər.
Tədbirdə iştirak edən tələbələr universiteti layiqincə təmsil edərək böyük uğur qazanıblar.