Azərbaycan Tibb Universitetinin (ATU) Elmi Tədqiqatların İdarə Olunması Departamentinin təşkilatçılığı ilə universitetdə “Elmi tədqiqat işlərində plagiatdan yayınma” mövzusunda seminar keçirilib
Son vaxtlar sifarişli dissertasiya yazmaları, copy-paste və süni intellektin köməyi ilə yazılmış məqalələrin, saxta elmi araşdırmaların sayı artır. Bu qlobal fenomenə çevrilərək müasir təhsil və elmin keyfiyyətinə ciddi təhlükə yaradır. Məhz bu səbəbdən «Plagiat.pl.» şirkətinin əməkdaşı Fəridə Rzazadə tərəfindən bütün bu problemləri özündə əks etdirən tədbir baş tutub.
“Plagiat.pl” şirkətinin Azərbaycandakı nümayəndəliyinin əməkdaşı F.Rzazadə seminar iştirakçılarına plagiat nədir, hansı məqamlar plagiat hesab edilmir, elmi işin təhlili zamanı nələrə diqqət edilməlidir, antiplagiat proqramları və ondan necə yayınmaq kimi məsələlər barədə tədbir iştirakçılarına ətraflı məlumat verib. F.Rzazadə həmçinin son vaxtlar süni intellektdən elmi işlərin yazılmasında geniş istifadə olunduğu haqqında məlumat verib.
Qeyd edək ki, “Plagiat.pl” şirkəti 2002-ci ildə yaradılıb, 20 ölkədə (Polşa, Almaniya, İspaniya, Ukrayna, Rumıniya, Filippin, Gürcüstan, Bolqarıstan, Azərbaycan və s.) fəaliyyət göstərir və 1000-dən çox universitet, 200 kollec, 200 nəşriyyat ilə əməkdaşlıq edir. Şirkət StrikePlagiarism.com platformasının köməyi ilə elmi-tədqiqat işlərində plagiatlığın qarşısının almasında, istinadların düzgün göstərilməsində elmi tədqiqatçılar, gənc alimlər ilə əməkdaşlıq edir.
.