Dekabrın 5-də ATU-nun Elmi Tədqiqatların İdarəolunmasi Departamentində EBSCO Beynəlxalq Tədqiqatlar və Jurnallar Platformasının regional təmsilçisi Aleksandr Rıtov ilə görüş keçirilib
Məlumat verilib ki, EBSCO Beynəlxalq Tədqiqatlar və Jurnallar, o cümlədən, elektron jurnallar, geniş kitab kolleksiyası olan aparıcı platformadır. Görüşdə EBSCO bazasının tibb məhsulları və eləcə də “Dynamed” məhsulunun imkanları, üstünlükləri, həmçinin tibb təhsilində istifadə qaydaları təqdim olunub. Söhbət əsnasınsda qeyd edilib ki, bu məhsul praktik həkimlər üçün geniş imkanlar yaradır və düzgün müalicə taktikasının seçilməsində həkimlərə kömək də kimi istifadə olunur. Hal hazırda Qazaxstan, Qırğızıstan, Polşa və başqa ölkələrin tibb universitetləri keyfiyyətli məzmun və texnologiya vasitəsi kimi öz tədqiqat işlərində bu platformadan geniş istifadə edir. Bundan başqa “Dynamed” universitetlər, kolleclər və xəstəxanalarda bir məlumat mənbəyi kimi, həmçinin tibb təhsili instrumenti kimi istifadə olunur.
A. Rıtov söhbət zamanı Azərbaycan Tibb Universitetinə ilk aylarda “Dynamed” məhsuluna güzəştli şərtlər ilə abunəçiliyi test rejimində təklif edib.
Sonda ATU-nun Elmi işlər üzrə prorektoru, professor Məlahət Sultanova cənab Rıtova ətraflı məlumatına görə təşəkkür edib və gələcəkdə səmərəli əməkdaşlıq etmək üçün ümüdvar olduğunu bildirib.