Azərbaycan Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi (ASİHİRK) Türkiyə ilə əlaqələri genişləndirir. Bu günlərdə Antalyada ASİHİRK ilə Türkiyənin Sağlık və Sosial Hizmətlər Kamu Görəviləri Sendikası (Türk Sağlık-Sen) arasında əməkdaşlıq sazişi imzalanıb. İmzalanma mərasimində Azərbaycan Tibb Universitetinin Həmkarlar İttifaqı Komitəsinin sədri, dosent Cahangir Qasımov da iştirak edib.
C.Qasımovun sözlərinə görə, sazişin məqsədi tərəflər arasında əməkdaşlığın inkişaf etdirilərək möhkəmləndirilməsi, birgə fəaliyyətin təşkili, təcrübə və informasiya mübadiləsinin təşkilindən ibarətdir. Bu sənəd həmçinin əmək hüquqlarının müdafiəsi, üzvlərin sağlamlıqlarının qorunması, mədəni-kütləvi və idman tədbirlərinin təşkili və digər istiqamətlər üzrə qarşılıqlı dəstəyi nəzərdə tutur.
#ASIHIRK #SİHİ #TürkSağlıkSen #Həmkarlarİttifaqı #Azərbaycan