Dekabrın 17-də Şəhriyar adına Mədəniyyət Mərkəzində bəstəkar-yazar Fərahim Sadiqin Vətən müharibəsi qəhrəmanlarına həsr etdiyi layihə əsasında Aysu Türkelin səhnələşdirdiyi “Söz” adlı teatrlaşdırılmış ədəbi-bədii musiqili kompozisiyanın premyerası olub.
ATU-nun Hərbi tibb fakültəsinin rəhbər heyəti və kursantlarının da iştirak etdiyi tədbir böyük maraqla qarşılanıb. Müzəffər ordumuzun düşmən üzərində möhtəşəm qələbəsini, Vətənin cəsur övladlarının qəhrəmanlığını özündə əks etdirən kompozisiya tamaşaçılara qürurverici anlar yaşadıb.