Cərrahi xəstəliklər kafedrasının assistenti, t.ü.f.d Ziyalı Rzayev Vətən müharibəsi iştirakçılarına, qazilərə daim xüsusi diqqətlə yanaşan cərrahlarımızdandır
Onun fəaliyyəti Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) tərəfindən yüksək qiymətləndirilib. Belə ki, ATU-nun müəllimi AVMVİB-in fəxri üzvü adına layiq görülüb.
Qeyd edək ki, bundan əvvəl cərrah Z.Rzayev AVMVİB idarə heyətinin qərarına əsasən “Böyük zəfər” xatirə medalı ilə təltif olunmuşdu. Doktorun tibb aləmində peşəkarlığı ilə yanaşı, KİV ilə mütəmadi əməkdaşlığı da diqqətdən kənarda qalmayıb. Belə ki, bu il o, Azərbaycan KİV İşçiləri Həmkarlar İttifaqı tərəfindən media mükafatına da layiq görülüb.
Əməkdaşımızı təbrik edir, ona fəaliyyətində uğurlar arzulayırıq.