Azərbaycan Tibb Universitetinin (ATU) Müalicə-profilaktika və Hərbi Tibb fakültələrinin tələbələri üçün keçirilən "Tibbdə Marketinq və Startap Anlayışı: Nəzəriyyədən Uğurlu Startapa Gedən Yol" adlı təlimlər silsiləsinin 7-ci, yəni son təlimi başa çatıb
Təlim 7 mühazirədən ibarət olub və bu müddət ərzində iştirakçılara tibbi marketinq, startapların yaradılması, ideyadan layihənin həyata keçirilməsinə qədərki proseslər, startap nümunələri, investisiyalar və Minimum Viyabil Məhsul (MVP) barədə ətraflı məlumat verilib.
Təlimçi tələbələrin həvəslə gözlədiyi Bakı Mühəndislik Universiteti Texnoparkının, Təhsildə İnnovativ Texnologiyalar Əlavə Təhsil Mərkəzinin direktoru IDDA AWARDS 2024 Ekosistemin lokomotivi nominasiyasi üzrə qalib İsa Qasımov olub.
İsa Qasımov "MVP-nin (Minimum Viyabil Məhsul) və interaktiv inkişafın yaradılmasının əhəmiyyəti. Ümumi startap konsepti" mövzusunda çıxış edib.
Bu təlimlər, tələbələrə tibbdə marketinq və startap dünyası ilə bağlı praktiki və nəzəri biliklər qazandırmağı məqsəd qoyub.