Azərbaycan Tibb Universitetinin Tələbə Həmkarlar İttifaqı Komitəsinin və Komitənin nəzdində fəaliyyət göstərən “Şəxsi İnkişaf və Psixoloji Təlimlər” Klubunun təşkilatçılığı ilə növbəti seminar keçirib. Bu dəfə Azərbaycan Tibb Universitetinin Psixoloji Yardım Mərkəzinin rəhbəri, MEM Psixoloji Mərkəzinin klinik psixoloqu, psixo-terapevt Günel Abbasova tələbələrin görüşünə gəlib.
Tədbiri “Şəxsi İnkişaf və Psixoloji Təlimlər” Klubunun rəhbəri və yaradıcısı Nəriman İskəndərov açaraq, bu dəfə də ənənələrinə sadiq qaldığını bildirib: “ Həmişəki kimi, bu gün dəmaraqlı mövzu ilə sizin qarşınızdayıq. Bugünkü qonağımız Azərbaycan Tibb Universitetinin Psixoloji Yardım Mərkəzinin rəhbəri, MEM Psixoloji Mərkəzinin klinik psixoloqu, psixo-terapevt Günel Abbasova ilə birgə bir neçə mövzu müəyyən etdik. Həmin mövzuları seçməyi yenə də sizlərin ixtityarınıza buraxdıq. Səsver
G.Abbasova mövzunun aktuallığına toxunaraq, seminarı tələbələrlə diskussiya şəklində davam edib. Bildirib ki, hansı birimizin düşüncələrində problem olarsa, onda özümüzə güvən də aşağı olacaq: “
Şəxsi sərhədlərimizi qoruya bilməyəcəyik. Düşüncələrimiz normal olmasa, düşüncə xətalarımız çox olsa, depressiyaya düşəcəyik. Çünki bizim hisslərimiz fikrimizlə bağlıdır. Şəxsi sərhədlərimizin qorunması həm də bizim özümüzü tanımağımızdan keçir”.
Psixoloq həmçinin insanın necə idarə olunmasından, ətraf mühitin insanın formalaşması və idarə olunmasına təsirindən vəs. söhbət açıb. Onun hərtərəfli və əhatəli çıxışı tələbələr tərəfindən maraqla qaşılanb.
Seminar diskussiya şəraitində işini başa çatdırıb, tələbələri maraqlandıran suallara ətraflı cavab verilib.
Tədbirin sonunda klubun rəhbəri N.İskəndərov tədbirin ərsəyə gəlməsində əməyi keçən klubun idarə heyətinə və o cümlədən THİK-in sədri Qoşqar İsmayılova dəstəyinə görə təşəkkürü bildirib. Görüşdə iştirak edən tələbə yoldaşlarınıqarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il Bayramı münasibəti ilə təbrik edib.