Azərbaycanda ilk dəfə "Azərkosmos" və İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (İCESCO) təşkilatçılığı ilə “Kosmik tibbin əsasları” mövzusunda beynəlxalq təlim keçirilib
Təlimdə Azərbaycan Respublikası Kosmik Agentliyinin (“Azərkosmos”) İdarә Heyәtinin sәdri Saməddin Əsədov, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru Fuad Hacıyev, Azərbaycan Tibb Universitetinin Tədris işləri üzrə prorektoru Nazim Pənahov, İSESCO-nun Bakı ofisinin direktor müavini, Azərbaycan Hərbi Cərrahiyyə Cəmiyyətinin və ABŞ-ın tibb, fizika və kosmos sahəsi üzrə ixtisaslaşmış professorları iştirak edib.
Tədbirdə çıxış edən professor Nazim Pənahov qaldırılan mövzuların əhəmiyyətindən və gələcəyin həkimləri olan universitet tələbələrinin bundan faydalana biləcəyindən danışıb.
Konfransda ATU-dan II Müalicə-profilaktika fakültəsinin dekan müavini, dosent Arzu Bəydəmirova, Hərbi səhra cərrahiyyəsi kafedrasının müdiri, tibb xidməti polkovnik-leytenantı Şahin Əliyev, Terapevtik stomatologiya kafedrasının dosenti Ayət Cəfərova, İctimai səhiyyə fakültəsinin akademik məsləhətçisi Zümrüd Abaszadə və Əczaçılıq texnologiyası və idarəçiliyi kafedrasının assistenti Sevinc Musayeva, eləcə də Stomatologiya, İctimai səhiyyə, Əczaçılıq fakültələrinin tələbələri fəal iştirak edib, təlimlərə qatılıblar.
Bu unikal təlimdə iştirakçılara kosmik tibbin əsasları, mikroqravitasiyaya uyğunlaşma, kosmosda tibbi monitorinq, teletibb, psixoloji yanaşmalar və təlimlər, ürək-damar adaptasiyası, skelet sistemləri, əzələ və sümük quruluşu, görmə dəyişiklikləri, nevroloji dəyişikliklər və digər mövzularda məlumatlar verilib.