Fakültə rəhbərliyi imtahanın gedişini izləyib

Dekabrın 29-dan etibarən Azərbaycan Tibb Universitetində (ATU) 2024/2025-ci tədris ilinin qış imtahan sessiyasına start verilib

Həmin gün II Müalicə-profilaktika fakültəsinin 2-6-cı kurslarının tələbələri imtahan veriblər. İmtahanların gedişini nəzarətçilərlə yanaşı, fakultə dekanı, müavinləri və akademik məsləhətçilər də yaxından izləyiblər. Bu zaman imtahanların qüvvədə olan normativ sənədlər əsasında və təlimata uyğun təşkilinə nəzarət olunub. İmtahanın gedişatı ilə maraqlanan fakültə rəhbərliyi sessiyada iştirak edən tələbələrə uğurlar arzulayıb. 
Qeyd edək ki, imtahan prosesi ilə fakültənin dekanı İsrail Məhərrəmbəyli, dekan müavinləri Arzu Bəydəmirova, Bənövşə Hüseynova, akademik məsləhətçilər Leyli Bayramova və Aynur Orucova tanış olublar.