Qazaxıstanlı müəllimlər ATU-da təcrübə keçib

S.D.Asfəndiyarov adına Qazax Milli Tibb Universitetinin akademik T.Şarmanov adına Nutrisiologiya kafedrasının assistenti Rauşan Yergeşbayeva və İctimai səhiyyə kafedrasının assistenti Nazerke Xayrullayeva ATU-nun qonağı olublar.

Belə ki, onlar İctimai səhiyyə fakültəsində “İctimai sağlamlıq və səhiyyənin aktual problemləri” mövzusunda təcrübə keçiblər.

Təcrübə müddətində qonaqlar fakültənin aparıcı mütəxəssislərinin ictimai sağlamlığın aktual məsələləri, səhiyyənin təşkili və qidalanma üzrə mühazirə və praktik dərslərində iştirak edərək, təlim metodları ilə yaxından tanış olublar.