Azərbaycan Tibb Universitetinin II Uşaq xəstəlikləri kafedrasının assistenti Sevinc Muxtarova Orhun mübadilə proqramı çərçivəsində Türkiyənin İzmir şəhərində yerləşən Ege Universitetiində akademik fəaliyyət göstərib.
O, universitetin Tibb fakültəsinin rezidentləri və tələbələrinə “Ağciyərin ultrasəs müayinəsinin neonatologiyada rolu” mövzusunda mühazirə və praktik məşğələ dərsləri keçib. Dərslər tələbələr tərəfindən maraqla qarşılanıb.