Bu gün Azərbaycan Tibb Universitetinin İctimai sağlamlıq və səhiyyənin təşkili kafedrasında “Avstraliya və Azərbaycanda ictimai səhiyyənin rolu, tədris proqramı, II tip şəkərli diabetin müalicəsində özünüidarəetmənin rolu” mövzusunda seminar keçirilib
Seminarda “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın təqaüdçüsü, University of Wollongong-un (Avstraliya, NSW) İctimai səhiyyə fakültəsinin III kurs doktorantı Cəmilə Butayeva çıxış edib. Tədbir zamanı spiker müasir dünyada ictimai səhiyyənin rolu və fəaliyyət sahələri, əsas məqsədləri, bu ixtisas üzrə təhsil proqramı və Avstraliyanın səhiyyə sistemi haqqında ətraflı məlumat verib.
C.Butayevanın çıxışı böyük maraqla qarşılanıb. Tədbir diskussiya formatında davam edib.