Səhiyyə Nazirliyinin rəhbərliyi və kollektivi 20 Yanvar şəhidlərinin əziz xatirəsini ehtiramla yad ediblər

Qəhrəmanlıq tariximizin şanlı səhifəsi olan 20 Yanvar hadisələrindən 35 il ötür

20 Yanvar hadisələrinin 35-ci ildönümü ilə əlaqədar Səhiyyə Naziri Teymur Musayev, nazirliyin rəhbərl şəxsləri və kollektivi Şəhidlər Xiyabanını ziyarət edərək, ölkəmizin azadlığı uğrunda həlak olanların əziz xatirəsini ehtiramla yad ediblər.

Anım mərasimində Azərbaycan Tibb Universitetinin Tədris işləri üzrə prorektoru, professor Nazim Pənahov və universitetin əməkdaşları iştirak ediblər.

1990-cı il yanvarın 20-də Azərbaycan xalqı öz azadlığı və müstəqilliyi uğrunda ilk şəhidlərini verib. Azadlığa gedən yolda həyatlarını qurban verən Vətən övladları misilsiz fədakarlıqları ilə xalqımızın qəhrəmanlıq salnaməsinə yeni parlaq səhifə yazıblar.

Daha sonra Səhiyyə Nazirliyində Yanvar hadisələrinin 35-ci ildönümünə həsr olunan anım tədbiri keçirilib. 20 Yanvar şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.