Yanvarın 17-də AMEA-nın Rəyasət Heyətinin Biologiya və Tibb Elmləri Bölməsinin 2024-cü il üzrə elmi və elmi-təşkilati fəaliyyəti haqqında hesabatı dinlənilib
Eyni zamanda bu bölməyə daxil olan hər bir universitet və institutun 2024-cü ildə əldə etdiyi mühüm elmi nailiyyətləri əks etdirən sərgi təşkil olunmuşdu. Azərbaycan Tibb Universiteti sərgidə aşağıdakı elmi nailiyyətlərini nümayiş etdirib: 1.Avrasiya patenti № 046579 (İcraçılar: A.F.Hümmətov, D.B.Tağıyev, E.Z.Balayeva); 2. Avrasiya patenti № 048306 (İcraçılar: A. Hummətov, E.Qasımov, N.Bayramov); 3. Avrasiya patenti № 046345 (İcraçılar: Y.İ.Bayramov); 4. Avrasiya patenti № 047471 (İcraçılar: C.Hüseynova, M.Vəliyeva, S.Əlizadə, S.Hüseynova); 5. Avrasiya patenti № 047525 (İcraçılar: C.Hüseynova, M.Vəliyeva, S.Əlizadə, S.Hüseynova); 6. Avrasiya patenti № 047018 (İcraçılar: S. Mehralıyeva, B.Məmmədov); 7. Avrasiya patenti № 048190 (İcraçılar: E.Ağayev, Z.İsmayılova); 8. Şəhadətnamə: Qeydiyyat nömrəsi. 04/C-13118-23 və 04/C-13119-23 (İcraçı: C.Ə.Nəsirli).
Sərgidə AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli, AMEA-nın vitse-prezidenti, Biologiya və Tibb Elmləri Bölməsinin Elmi şurasının sədri, akademik İradə Hüseynova, Ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin şöbə müdiri Mübariz Hacıbəyov və digər nüfuzlu şəxslər ATU-nun nümyiş olunan elmi nailiyyətləri ilə tanış olub və onları maraqlandıran suallar veriblər.
Akademik İradə Hüseynova bölmənin 2024-cü il üzrə elmi və elmi-təşkilati fəaliyyəti haqqında hesabatını təqdim edərək bildirib ki, tibb yönümlü elmi tədqiqat və təhsil müəssisələri tərəfindən 3660 elmi əsər, o cümlədən 81 kitab (5-i xaricdə), 20 monoqrafiya (1-i xaricdə), 1631 məqalə (703-ü xaricdə, onlardan 317-si Web of Science və Scopus bazalarından olan jurnallarda), 1928 tezis (675-i xaricdə) nəşr olunub, elmi əsərlərə 667 istinad qeydə alınıb.