Jurnalistlər ödənişsiz göz əməliyyatı olunub

Bu günlərdə “Modern” Media Qrup ilə Azərbaycan Tibb Universitetinin ortaq sosial layihəsi çərçivəsində bir qrup jurnalist üçün ödənişsiz göz əməliyyatı təşkil olunub

ATU-nun Tədris Cərrahiyə Klinikasının Oftalmologiya şöbəsinin müdiri, tibb üzrə fəlsəfə doktoru, dosent Qurban İsmayılov və “Modern” Media Qrupun rəhbəri Elşad Eyvazlının təşəbbüsü ilə start verilən layihə çərçivəsində media nümayəndələri eksimer lazer əməliyyatından keçiblər. Əməliyyat nəticəsində jurnalist-pasiyentlərin görmə zəifliyi problemi aradan qaldırılıb. Zəiflik dərəcəsi -5 və -6 ilə müşahidə olunan gözlər cəmi bir neçə dəqiqəlik əməliyyat sonrasında öz sağlamlığına qovuşub.

Təşkilatçıların məlumatına görə, bu sosial layihə çərçivəsində media nümayəndələri üçün göz əməliyyatı davamlı olacaq. Ona görə də göz əməliyyatına ehtiyac duyan KİV nümayəndələri “Modern” Media Qrupa müraciət edə bilərlər.
Qeyd edək ki, tanınmış oftalmoloq Qurban İsmayılov mütəmadi olaraq ödənişsiz aksiyalar həyata keçirir. Bu sırada şəhid ailə üzvləri, qazilər və müharibə veteranları xüsusi yer tutur.