Azərbaycan Tibb Universitetinin (ATU) Elmi Tədqiqatların İdarə Olunması Departamentinin təşəbbüsü ilə Tibbi və bioloji fizika kafedrasının müdiri, dosent İsmayıl Qafarov tərəfindən tibbi statistikaya həsr olunmuş vebinar keçirilib
Bakı şəhəri və Azərbaycanın bölgələrindən, eləcə də Almaniyanın Heidelberq şəhərindən vebinara qoşulanların ümumi sayı 100 nəfər olub. Vebinar zamanı elmi tədqiqatların nəticələrinin müasir texnoloji metodlardan istifadə olunmaqla statistik işlənmələri izah edilib. Həmçinin tibbi statistikanın əhəmiyyəti haqqında geniş məlumat verilən vebinarın sonunda iştirakçıların sualları məruzəçi tərəfindən cavablandırılıb.