Milli Məclisin Səhiyyə komitəsində “İlkin səhiyyə xidməti: mövcud vəziyyət, görülən işlər, problemlər və onların həlli yolları" mövzusunda dinləmə keçirilib. Tədbirdə Səhiyyə naziri Teymur Musayev, komitə sədri Əhliman Əmiraslanov, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin sədri Zaur Əliyev, Azərbaycan Tibb Universitetinin rektoru professor Gəray Gəraybəyli, ali təhsil müəssisələrinin rəhbərləri, Milli Məclisin deputatları, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin, TƏBİB-in, tibb müəssisələrinin təmsilçiləri və digər şəxslər iştirak ediblər.
Müzakirələrdə ilkin səhiyyə xidmətinin yaxşılaşdırılması üçün dövlət səviyyəsində görüləb işlərdən danışılıb, səhiyyə sektorunda davamlı olaraq islahatların həyata keçirildiyini vurğulanıb. Qeyd olunub ki, ilkin səhiyyə xidməti əhalinin tibbi xidmətlərə əlçatanlığının təşkilində çox böyük rol oynayır. Tədbirdə Azərbaycanda ilkin səhiyyə xidmətində kadr çatışmazlığının aradan qaldırılması, maddi-texniki təminatın yaxşılaşdırılması, regionlarda tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi və digər istiqamətlərdə aparılan işlərdən danışılıb.